Yuxarı

Rusiyada yaşayan azərbaycanlıların koordinasiya şuraları yaradıla bilər

Rusiyada yaşayan azərbaycanlılar koordinasiya şuraları yarada bilər

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Rusiyanın paytaxtı və bir sıra regionlarında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, virtual tədbirdə Rusiya Vəkillər Gildiyasının üzvü, Moskva şəhərində yaşayan vəkil Ələkbər Qarayev, Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Çingiz İsayev, "Birlik" Surqut azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Azad Seyidov, "Kurqan vilayətində Azərbaycan diasporunun rəhbəri Niftulla Niftullayev, Zabaykalsk diyarının İctimai Palatasının sədr müavini Ələddin Məmmədov, Çelyabinsk vilayətinin "Ozan" və "Azərbaycan" ictimai təşkilatlarının sədrləri Rəfael QuliyevƏrşad Xankişiyev, Xantı-Mansisk Muxtar Dairəsinin Nijnevartovsk şəhərinin "Birlik" Azərbaycan regional ictimai təşkilatının sədri Arzu İsmayılov, Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.

Videokonfransda Rusiyanın regionlarında yeni konsulluqların açılmasının zəruri olduğu vurğulanıb, federal dairələr üzrə azərbaycanlıların koordinasiya şuralarının yaradılmasının əhəmiyyəti və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Videokonfransda Rusiyada azərbaycanlıların koordinasiya şuralarının yaradılması təklifi də səslənib.

Müzakirələr zamanı pandemiya dövründə həmvətənlərimizin qarşılaşdıqları problemlərə diqqət cəlb olunub. Diaspor rəhbərləri soydaşlarımızı ölkələrarası sərhədlər açılana qədər daimi və ya müvəqqəti məskunlaşdıqları yaşayış yerlərini tərk etməməyə, Rusiya-Azərbaycan sərhədlərində toplaşmamağa çağırıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi