Rusiyada yaşayan azərbaycanlı gənclər arasında esse müsabiqəsi keçirilir

Rusiyada yaşayan azərbaycanlı gənclər arasında esse müsabiqəsi keçirilir Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq
Diaspor
1 Sentyabr , 2016 12:24
Rusiyada yaşayan azərbaycanlı gənclər arasında esse müsabiqəsi keçirilir

Bakı. 1 sentyabr. REPORT.AZ/ 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Müasir Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda esse müsabiqəsinə start verilib. "Report" xəbər verir ki,  bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidməti məlumat yayıb. 
Məlumatda bildirilir ki, Rusiyada yaşayan azərbaycanlı gənclər üçün nəzərdə tutulan müsabiqə Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, habelə DİDK-nin dəstəyi ilə keçirilir.

ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir. Essenin məzmunu ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycanın müstəqillik tarixi mövzularını əhatə etməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını 2016-cı il oktyabrın 1-dək [email protected][email protected] elektron poçtuna göndərə bilər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Mükafatların təqdimat mərasimi oktyabrın 9-u saat 17:00-da Moskvada Azərbaycan icması evində keçiriləcək.

Qeyd edək ki, ASGA tərəfindən Rusiyadakı azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevə həsr olunmuş yazı müsabiqəsi artıq üçüncü dəfə keçirilir. 

Son xəbərlər

Orphus sistemi