Rusiyada azərbaycanlı iş adamının oğlu itkin düşüb

Rusiyada azərbaycanlı iş adamının oğlu itkin düşüb Sergey Həsənovla bağlı bağlı axtarış elan edilib
Diaspor
5 Dekabr , 2017 16:37
Rusiyada azərbaycanlı iş adamının oğlu itkin düşüb

Moskva. 5 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası, Başqırdıstan Respublikası Arxanqelskiy rayonu Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb. 

Yaxınlarının "Report"a verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəllüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib.

Sergey Həsənovla bağlı bağlı axtarış elan edilib. 

Qeyd edək ki, S.Həsənovun atası Həsən Həsənov uzun illərdir Başıqrdıstanda yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğuldur. 

Son xəbərlər

Orphus sistemi