Rusiyada azərbaycanlı ictimai-siyasi fəala vəzifə verilib

Rusiyada azərbaycanlı ictimai-siyasi fəala vəzifə verilib Rusiyada azərbaycanlı ictimai-siyasi fəal Elnur Hüseynova vəzifə verilib.
Diaspor
18 Mart , 2019 17:33
Rusiyada azərbaycanlı ictimai-siyasi fəala vəzifə verilib

Rusiyada azərbaycanlı ictimai-siyasi fəal Elnur Hüseynova vəzifə verilib. 

"Report"un Rusiya bürosunun məlumatına görə, o, Kirov vilayəti üzrə Rusiya Xalqlar Assambleyasının sədri seçilib.

Qeyd edək ki, E.Hüseynov Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən "Azərbaycan" fondunun prezidenti və Kirov vilayətindən Rusiya İctimai Palatasının üzvüdür. O, uzun illərdir Kirov vilayətində ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiyanın eks-prezidenti Dmitri Medvedev (hazırkı Baş nazir) və Kirov vilayətinin qubernatoru tərəfindən xeyriyyəçilik tədbirlərinə qatıldığına görə təşəkkürnamə və medallarla təltif edilib. “Terrorun milliyyəti yoxdur”, “Xalqlar dostluğu paradı” kimi layihələrin ideya müəllifidir. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi