Yuxarı
    Bağlamaq

    ​Rusiya prezidentinin mədəniyyət üzrə azərbaycanlı müşaviri vəfat edib

    Azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib

    Bakı. 20 may. REPORT.AZ/ Rusiya prezidentinin mədəniyyət üzrə azərbaycanlı müşaviri vəfat edib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.  

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.

    Mərhumla vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirakı ilə Kaluqa şəhərində keçirilib və onun nəşi Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.

    Tanınmış ictimai xadim Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət, və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi