Yuxarı
    Bağlamaq

    Rusiya Prezident Administrasiyası: Rəhbərlik ölkənin inkişafı məsələsində Azərbaycan diasporunun səylərini qiymətləndirir

    Tatyana Vagina: Mehriban Sadıqova Vladimir Putinin etibar etdiyi şəxslər siyahısına ilk daxil edilənlərdən biri olub© Report

    Moskva. 2 fevral. REPORT.AZ/ "AzerRos" Federal Milli Mədəni Muxtariyyəti (FMMM) və Ximki şəhərindəki azərbaycanlıların Yerli Milli-Mədəni Muxtariyyəti "Milli icmalar - Rusiyanın birliyi və çiçəklənməsi naminə" adlı vətəndaş forumu təşkil edib.

    "Report"un Rusiya bürosunun məlumatına görə, Moskva vilayətinin Ximki şəhərində keçirilən forumda Rusiya Prezident Administrasiyasının, Moskva vilayəti hökumətinin, milli-mədəni birliklərin, müxtəlif ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

    Tədbirin əsas məqsədi özünəməxsusluğu, adət-ənənələri, dili, mədəniyyəti, təhsili qorumaq və inkaşif etdirmək, eləcə də sosial və ictimai əhəmiyyətli problemlərin həlli məsələləri üzrə hökumətlə vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək olub.

    Rusiya Prezident Administrasiyasının Milli siyasət şöbəsinin müdiri Tatyana Vagina çıxış edərək qeyd edib ki, ölkə rəhbərliyi Rusiyanın sabitliyi və inkişafı məsələsində Azərbaycan diasporunun səylərini qiymətləndirir: "Mehriban Sadıqovanın Rusiya prezidenti Vladimir Putinin etibar etdiyi şəxslər siyahısına ilk daxil edilənlərdən biri olması faktı buna sübutdur".

    Forumda çıxış edən digər şəxslər dövlətin milli siyasətinin həyata keçirilməsində, Rusiya ərazisində yaşayan xalqların etnomədəni tələblərinə cavab verilməsində milli-mədəni birliklərinin imkanlarından danışıblar. Birgə fəaliyyətə gənclərin cəlb edilməsinin və təhsil layihələrinin təkmilləşdirilməsi və sayının artırılmasının zəruriliyi xüsusi vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi