Yuxarı
    Bağlamaq

    Rusiya baş prokurorunun müavini azərbaycanlı sahibkarları müdafiə edib

    Rusiya Baş Prokurorluğu Rosselxoznadzorun əməkdaşlarının fəaliyyətinin yoxlanması zamanı ciddi pozuntular aşkarlayıb

    Moskva. 14 avqust. REPORT.AZ/ Rusiya Baş Prokurorluğu azərbaycanlı sahibkarların meyvə-tərəvəz bazasında yoxlama həyata keçirən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselkhoznadzor) əməkdaşlarının fəaliyyətinin yoxlanması zamanı ciddi pozuntular aşkar edib.

    Bu barədə "Report"un Rusiya bürosu məlumat verib.

    Qeyd edək ki, bu ilin əvvəlində azərbaycanlı iş adamlarından ibarət bir qrup şəxs Ryazan vilayətinin qubernatoruna və sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkilə müraciət edərək onları "Rosselxoznadzor"un əməkdaşları tərəfindən meyvə-tərəvəz bazasında aparılan qanunsuz axtarışlar və müsadirələrdən müdafiə etməyi xahiş edib. İşə Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin rəhbəri, hüquqşünas Samir Qarayev müdaxilə edib.

    Ryazan vilayətinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Yeqor Burtsevin müraciəti əsasında Mərkəzi Federal Dairə (MFD) üzrə Rusiya Baş Prokurorluğu tərəfindən "Rosselxoznadzor"un Ryazan və Tambov vilayətləri üzrə idarələrinin əməkdaşlarının fəaliyyəti yoxlanılıb. Yoxlama zamanı müxtəlif pozuntular, o cümlədən dövlət nəzarəti haqqında qanunvericiliyin pozulması faktı müəyyən edilib. Yoxlamaların nəticələrinə əsasən, baş prokurorun müavini Vladimir Malinovski İdarə rəhbəri Oleq Naumovdan pozuntuların aradan qaldırılmasını tələb edib.

    S.Qarayevin sözlərinə görə, Ryazan vilayətinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili araşdırmanın gələcək inkişafını diqqətdə saxlayır və hər iki aydan bir bu barədə məlumat verməyi öhdəsinə götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi