Yuxarı
    Bağlamaq

    Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-in ləğv edilməsi barədə qərarı qüvvədə saxlayıb

    İş Ali Məhkəmənin Rəyasət Heyəti tərəfindən baxılacaq

    Moskva. 19 sentyabr. REPORT.AZ/ Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.

    Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.

    İşə Ali Məhkəmənin Rəyasət Heyətində baxılacaq. Lakin Rəyasət Heyətində baxılacaq tarix yaxın müddətdə məlum olacaq.

    Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi