Rumıniyada Maslenitsa bayramında Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Rumıniyada Maslenitsa bayramında Azərbaycan mədəniyyəti nümayiş etdirilib Tədbirdə Azərbaycan mətbəxi, tarixi, milli geyimləri və ölkənin turizm potensialını nümayiş olunub
Diaspor
18 Fevral , 2018 05:58
Rumıniyada Maslenitsa bayramında Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Buxarest. 18 fevral. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzində qədim slavyan bayramı - Maslenitsa qeyd olunub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyada təhsil alan şagird və tələbələr, eləcə də bu ölkədə yaşayan rus icmasının nümayəndələrinin iştirakı ilə bayram adətləri nümayiş olunub.

Bayram proqramında səhnəciklər, musiqili oyunlar, müsabiqələr, xalq mahnıları və milli rəqslər də yer alıb.

Rumıniyada akkreditə olunan MDB ölkələrinin səfirlikləri də tədbirdə öz stendlərilə təmsil olunublar. Ölkəmizin Rumıniyadakı səfirliyi burada milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini və ölkəmizin turizm potensialını nümayiş etdirib.

Maslenitsa təbiətin oyanışı və yazın gəlişinin rəmzi olan qədim slavyan bayramıdır.

Son xəbərlər

Orphus sistemi