Yuxarı
    Bağlamaq

    Rotterdamda Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüyüş” aksiyası keçirilib - FOTO - VİDEO

    Bakı. 26 mart. REPORT.AZ/ Martın 25-də Niderlandın Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) ve Beniluks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüyüş” aksiyası keçirilib.

    Bu barədə "Report"a AAK-dan məlumat verilib. 

    Məlumatda bildirilib ki, bu il erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın 100 illiyi dünyanın müxtəlif ölkələrində olduğu kimi, Benilüks ölkələrində də silsilə tədbirlərlə qeyd edilir. Rotterdam şəhərində keçirilən aksiyaya Niderland Krallığında fəaliyyət göstərən digər türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. Aksiya istirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər.

    BAK-ın birinci vitse-prezidenti, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirib ki, indi Avropada güclü Azərbaycan diasporu mövcüddur: "Azərbaycanlılar Avropanın istənilən ölkəsində öz gücünü göstərməyə qadirdilər". 

    Aksiya iştirakçıları eyni zamanda Niderland Parlamentinin alt palatasında, sözdə “erməni soyqırımını” qəbul etdikləri sənədə görə öz qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını bildiriblər.

    Qeyd edək ki, AAK və BAK  Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Niderlandda və Belçikada fəaliyyət göstərən Azərbaycanın diplomatik korpusları ilə birgə fəalliyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi