Rosen Plevneliev V Qlobal Bakı Forumuna Bolqarıstanın sabiq prezidenti kimi qatılacaq

Rosen Plevneliev V Qlobal Bakı Forumuna Bolqarıstanın sabiq prezidenti kimi qatılacaq Onun “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusunda çıxışı nəzərdə tutulub
Diaspor
23 Fevral , 2017 16:34
Rosen Plevneliev V Qlobal Bakı Forumuna Bolqarıstanın sabiq prezidenti kimi qatılacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Prezident səlahiyyətlərini bu il yanvarın 22-də başa vuran Bolqarıstanın 5-ci Prezidenti Rosen Plevneliev V Qlobal Bakı Forumunda sabiq dövlət başçısı qismində iştirak edəcək. 

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, R.Plevnelievin forumun “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusunda keçiriləcək iclasda çıxışı nəzərdə tutulub.

Bolqar siyasətçisi və sahibkar Rosen Plevneliev ölkəsinə rəhbərlik etdiyi müddətdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq edib. III və IV Qlobal Bakı forumlarında iştirak edən eks-prezident R.Plevnelievin himayəsi ilə 2015-ci ilin oktyabrında Sofiyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” mövzusuna həsr olunmuş 6-cı Ali səviyyəli toplantısını keçirilib. Bundan başqa, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Mərkəzin rəhbərliyi və üzvləri görüşlər keçirən R.Plevneliev dəfərlərlə təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş V Qlobal Bakı Forum martın 16-17-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Forumda bir sıra dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi