Yuxarı
    Bağlamaq

    Ramiz Mehdiyev Fuad Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivinə təqdim edib - FOTO - VİDEO - YENİLƏNİB

    © Report/ Elchin Murad

    Fotolar əlavə olunub


    *** saat 14:51

    Bakı. 24 aprel. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitənin kollektivinə təqdim olunub. 

    "Report" xəbər verir ki, F.Muradovu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

    Qeyd edək ki, aprelin 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

    Xatırladaq ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib. Bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov idi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi