Yuxarı
    Bağlamaq

    Qubernator: "Tümendə neft tapılması barədə ilk teleqram Azərbaycan dilində göndərilib"

    Vladimir Yakuşev: Azərbaycan diasporu Tümen vilayətinin ictimai-siyasi həyatında fəal iştirak edir

    Tümen. 25 may. REPORT.AZ/ "Azərbaycan diasporu Tümen vilayətinin ictimai-siyasi həyatında fəal iştirak edir".

    "Report" xəbər verir ki, bunu Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev "Tümen vilayəti: reallıqlar, potensial və inkişaf" press-turu çərçivəsində regiona səfər edən azərbaycanlı jurnalistlərlə görüşündə bildirib.

    "Bu gün Tümen vilayətində Azərbaycan diasporunun 8 mindən çox üzvü var və onlar çox fəaldlrlar. Mədəni-humanitar layihələr həyata keçirirlər və bu baxımdan həmişə onları dəstəkləmişik və dəstəkləyəcəyik də", - deyə V.Yakuşev vurğulayıb.

    Onun sözlərinə görə, Tümen vilayətində Azərbaycan diasporunun formalaşması ötən əsrin ortalarına - regionda neft yataqlarının işlənməyə başladığı dövrə təsadüf edir. Qubernator qeyd edib ki, Tümen vilayətində yanacaq-energetika kompleksinin tikintisi baxımından ən zəngin təcrübəyə məhz bakılı neftçilər malik olub.

    "O vaxt Tümeni ikinci Bakı adlandlırırdılar. Üstəlik, Tümendə neft tapılması barədə ilk teleqramı Azərbaycan dilində olub", - V.Yakuşev deyib.

    Qubernator vurğulayıb ki, 2018-ci ildə Tümendə azərbaycanlı Fərman Salmanovun sayəsində neft tapılmasının 90 illiyi qeyd olunacaq.

    "Tümenlilər onu xatırlayır və xatirəsini hörmətlə anır. O, 100-dən çox neft yatağı tapıb. Bu yubiley həm Tümendə, həm də Bakıda qeyd olunacaq", - V.Yakuşev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi