Prezident Sirus Təbrizlinin qızını təltif edib - FOTO

Prezident Sirus Təbrizlinin qızını təltif edib - FOTO Arzu Təbrizli “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub
Diaspor
13 İyul , 2017 16:17
Prezident Sirus Təbrizlinin qızını təltif edib - FOTO

Bakı. 13 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev mərhum Sirus Təbrizlinin qızını təltif edib.

“Report” xəbər verir ki, Prezidentin imzaladığı “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam ilə S.Təbrizlinin qızı Arzu Təbrizli “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, jurnalist, Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri, sabiq millət vəkili S.Təbrizli 2013-cü ildə 71 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi