Poltava şəhərində Dövlət Bayrağı günü ilə əlaqədar mərasim təşkil olunub - FOTO

Poltava şəhərində Dövlət Bayrağı günü ilə əlaqədar mərasim təşkil olunub - FOTO Bakı. 8 noyabr. REPORT.AZ/ 9 Noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi Poltava şəhərində təntənəli mərasim təşkil edib.
Diaspor
8 Noyabr , 2018 21:27
Poltava şəhərində Dövlət Bayrağı günü ilə əlaqədar mərasim təşkil olunub - FOTO

Bakı. 8 noyabr. REPORT.AZ/ 9 Noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi Poltava şəhərində təntənəli mərasim təşkil edib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən səfir Azər Xudiyev bu günün önəmindən danışıb.

Səfir onlar üçün 3 qat bayram olduğunu deyib. O, Poltavada fəxri konsulluğun təsis olunduğunu və "Qarabağ"ın yerli "Vorskla" ilə Avropa Liqasının IV tur qarşılaşmasının da bu günə təsadüf etdiyini bildirib. A.Xudiyev Ağdam komandasından qələbə gözlədiklərini diqqətə çatdırıb. Səfir Azərbaycan və Ukrayna arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu da vurğulayıb.

Mərasim bədii hissə ilə davam edib.

Bundan əvvəl "Qarabağ" - "Vorskla" oyunu zamanı bayraq aksiyası təşkil ediləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi