Yuxarı

Polşadakı "College of Europe” Universitetində Azərbaycanla bağlı tədbir keçirilib

Polşadakı "College of Europe” Universitetində Azərbaycanla bağlı tədbir keçirilib
Tədbir Avropa Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub

Bakı. 7 fevral. REPORT.AZ/ Polşanın paytaxtı Varşava şəhərində yerləşən “College of Europe” Universitetinin kampusunda "Cənubi Qafqazın üç ölkəsinin milli günü" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, toplantı "College of Europe” Universitetinin  tələbəsi, Polşa-Azərbaycan Gənclər Şurasının fəal üzvü Nərgiz Abdullayevanın təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) dəstəyi ilə baş tutub. 

Tədbirdə Azərbaycan şərabları stendi də nümayiş olunub, ölkəmizin qədim tarixi, musiqisi, ədəbiyyatı və mətbəxi barəsində iştirakçılara ətraflı məlumat verilib. Daha sonra proqram çərçivəsində “Trio Koscielna/Wypych/Ibadullayev” musiqi qrupu "Sarı gəlin" xalq mahnısını ifa edib. 

Eyni zamanda Azərbaycanın Polşadakı səfirliyinin ölkəmiz haqqında hazırladığı informasiya xarakterli broşürlər iştirakçılara paylanılıb.

Tədbirdə Azərbaycanın tanıdılması üçün qonaqlar arasında viktorina keçirilib, müxtəlif videokliplər göstərilib, Universitetin tələbələrindən ibarət xor qrupu tərəfindən “Ey həyat, sən nə qəribəsən” mahnısı səsləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi