Yuxarı

​Polşada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO

Xocalı soyqırımı haqqında bröşurlar şəhər əhalisinə paylanılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Polşanın Varşava şəhərində "Erməni yalanına işıq sal!" adlı dinc aksiya keçirilib. Disporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, Polşadakı Azərbaycanlı Gənclər Şurasının təşəbbüsü ilə təşkil olunan aksiya Varşavanın "Stare Miasto" adlı mərkəzi küçəsində baş tutub.

Aksiya iştirakçıları əllərində BMT və ATƏT kimi beynəlxalq təşkilatların emblemlerini əks etdirən plakatlar tutaraq, bu qurumların 1992-ci ildə Xocalıda baş verən soyqırıma susmasına etirazlarını ifadə ediblər. Azərbaycanlı gənclər Polşa xalqını və hökumətini bu qətliama susmamağa çağırıb, şəhər sakinlərini Xocalıda baş verən soyqırımla bağlı məlumatlandırıblar. Azərbaycan Respublikasının Polşadakı Səfirliyi tərəfindən hazırlanan Xocalı soyqırımı haqqında bröşurlar şəhər əhalisinə paylanılıb.

Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd bildirib ki, azərbaycanlı tələbələr fevralın 25-də Vroslav şəhərində Xocalı soyqırımı ilə bağlı böyük yürüş keçirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi