Parisdə ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Parisdə ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub Xalq artisti Ramiz Quliyevin və pianoçu Etibar Əsədlinin ifasında konsert proqramı olub
Diaspor
11 May , 2017 12:32
Parisdə ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub
Report.az

Paris. 11 may. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub.

"Report"un Fransa bürosu xəbər verir ki, tədbir Azərbaycanın Fransada səfirliyi və Fransada Azərbaycanın Dostları Assosasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Mərasimə Fransanın dövlət rəsmiləri, tanınmış hüquqşünaslar, ali təhsil müəssisələrinin professorları, həmçinin diaspora nümayəndələri qatılıblar.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ümummilli lider Heydər Əliyev haqqında məlumat verib: "Ümummilli liderimiz öz xalqının dəstəyinə güvənərək ölkəmizdə stabilliyi bərqərar etməyə, Avropa, Amerika, həmçinin bütün dünya ölkələrinə Azərbaycanın güvənə bilcəkləri bir əməkdaş olduğunu sübut etməyə, o cümlədən multikultiralizm ənənələrinin əsasını qoymağa nail olub. Dünyəvilik Heydər Əliyevin həyata keçirdiyi siyasətin ayrılmaz bir hissəsi idi. Azərbaycan bu gün də öz müstəqilliyinə, iqtisadi inkişafına və demokratik dəyərlərinə çox bağlıdır".

Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Fransa xalqı mayın 8-ni II Dünya müharibəsininin başa çatması münasibətilə bayram kimi qeyd edir. Bu tarix Azərbaycan xalqı üçün isə Dağlıq Qarabağda yerləşən Şuşa şəhərinin erməni silahlı bölmələri tərəfindən işğalı günüdür".

E.Əmirbəyov Azərbaycanla Fransa arasında 25 il əvvəl əsası qoyulmuş diplomatik əlaqələrin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jan-Fransua Mansel ümummilli lider Heydər Əliyevlə Şarl de Qollun xalqına, müstəqilliyinə münasibətdə yürütdükləri siyasətlərin oxşar olduğunu vurğulayıb. 

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli tarzən Ramiz Quliyevin və pianoçu Etibar Əsədlinin ifasında konsert proqramı olub.

Son xəbərlər

Orphus sistemi