Yuxarı
    Bağlamaq

    Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə start verib - FOTO - VİDEO

    Məktəbdə 5-12 yaşlı uşaqlar təhsil alırlar
    © Foto: Report.az

    Paris. 10 sentyabr. REPORT.AZ/ Parisdə uşaqlar Azərbaycan məktəbində yeni tədris ilinə başlayıblar.

    "Report"un Fransa bürosu xəbər verir ki, Fransadakı Azərbaycan səfirliyinin dəstəyi, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə fəaliyyət göstərən məktəbdə Paris və ona ətraf ərazilərdə yaşayan 5-12 yaşlı uşaqlar təhsil alırlar.

    Şagirdlərə Azərbaycan dili ilə yanaşı, tariximiz, coğrafiyamız, ədəbiyyatımız tədris edilir.

    Paris Azərbaycan Evinin prezidenti, Azərbaycan məktəbinin direktoru Mirvari Fətəliyeva bildirib ki, uşaqlara zəngin milli irsimiz aşılanır, tarixi qəhrəmanlarımız, şəhidlərimiz, dünya ədəbi irsində öz dəsti-xətti olan mütəfəkkir şairlərimiz, yazıçılarımız haqqında məlumat verilir, ana dilimiz tədris edilir.

    "Builki tədris ilində şagirdlərimizin ədəbi-bədii tədbirlərdə daha yaxından iştirakları üçün daha geniş imkankar yaradılacaq. Çünki, ötən illərdəki təcrübəmiz göstərdi ki, şagirdlərimiz nəzəri bilik toplamaqla yanaşı, bayram şənliklərinin, musiqi proqramlarının, teatr səhnəciklərinin təşkilinə böyük maraq göstərir və yüksək fəallıq nümayiş etdirirlər", _ deyə o əlavə edib.

    Yeni tədris ilinin birinci günü şagirdlərə dərsliklər paylanılıb, yeni tədris ilinin programı açıqlanıb.

    Azərbaycan məktəbinin müəllim heyəti, habelə, Mehri Quliyeva və Nazilə Şəfiyeva Fransanın ali təhsil ocaqlarını bitirmiş, pedoqoji təhsilli, təcrübəli kadrlardan ibarətdir.

    Vüsalə İsmətqızı

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi