Yuxarı

ABŞ-da öldürülən azərbaycanlının Vətəninə göndərilməsi üçün 33 min dollardan çox vəsait toplanıb

​Öldürülən azərbaycanlının göndərilməsi üçün vəsait toplanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Könüllülər ABŞ-da öldürülən azərbaycanlının Vətəninə göndərilməsi üçün bir günə tələb olunan məbləğdən də artıq vəsait toplayıblar.

"Report" xəbər verir ki, ABŞ-ın "gofundme.com" kraudfandinq platformasında bir sutka ərzində "Help me for Elchin" bölməsində tələb olunan 30 min ABŞ dolları əvəzinə 33 min dollardan çox vəsait toplanıb. Köçürmələr hələ də davam edir.

Xatırladaq ki, daha əvvəl 29 yaşlı azərbaycanlı Elçin Xəlilov Şimali Karolinada yerləşən özünün mobil telefon təmiri mağazasında öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi