Odessada azərbaycanlıların da iştirakı ilə etnik tolerantlıq məsələləri müzakirə olunub

Odessada azərbaycanlıların da iştirakı ilə etnik tolerantlıq məsələləri müzakirə olunub Tədbirə Nikolayev, Xerson və Vinnitsa əyalətlərinin yerli idarəetmə orqanı əməkdaşları cəlb olunub
Diaspor
4 Avqust , 2015 14:35
Odessada azərbaycanlıların da iştirakı ilə etnik tolerantlıq məsələləri müzakirə olunub

Bakı. 4 avqust. REPORT.AZ/ Odessada Ukrayna Millətlər Assambleyasının və Almaniyanın Fridrix Ebert fondunun birgə təşkilatçılığı ilə “Ukraynada azsayli millətlər siyasəti və dünya standartı” adlı iki günlük beynəlxalq seminar keçirilib. Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, seminara Odessa da daxil olmaqla qonşu Nikolayev, Xerson və Vinnitsa əyalətlərinin yerli idarəetmə orqanı əməkdaşları, quberniya əməkdaşları və xarici, yerli QHT-lər cəlb olunub.

Ukrayna Mədəniyyət nazirliyinin Gənclər və ailə məsələləri idarəsinin rəhbəri Vladimir Xodakovski, Odessa quberniyasının rəhbərliyi və digər rəsmilərin də iştirak etdiyi seminarda təşkilatçılardan olan Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri sədri Rövşən Tağıyev bildirib ki, Ukrayna Millətlər Assambleyası bu ölkədə yaşayan etnik xalqların hüquqlarının qorunması, onların ölkənin ictimai - mədəni həyatına inteqrasiya mexanizminin qanunvericilik bazasının işlənilib hazırlanması üçün Ukraynanın bir sıra şəhərlərində seminarların keçirilməsinə start verib. Artıq belə bir seminarın Kiyevdə keçirildiyini deyən R.Tağıyev bunun davam edəcəyini bildirib. O Azərbaycanı tolerantlıq nümunəsi kimi gətirərək bundan bəhrələnməyin vacib olduğunu deyib. 

Daha sonra çıxış edənlər Fridrix Ebert fondunun Ukrayna təmsilçisi Mariya Koval, Assambleyanın sədr müavini Arkadi Monatrski və digərləri iştirakçılara treninqlər barədə məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi