Norveçdə Novruz bayramı münasibətilə konsert keçirilib - FOTO

Norveçdə Novruz bayramı münasibətilə konsert keçirilib - FOTO Mərasim çərçivəsində Azərbaycan haqqında kitab sərgisi təşkil olunub
Diaspor
26 Mart , 2015 17:22
Norveçdə Novruz bayramı münasibətilə konsert keçirilib - FOTO

Bakı. 26 mart. REPORT.AZ/ Norveç Azərbaycanlıları Gənclər Təşkilatı - NAYO və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə "Azərbaycanı tanıtım" və "Bu mənim mədəniyyətimdir" layihələri çərçivəsində Norveçin paytaxtı Oslo şəhərinin məhşur "Oslo Konserthus" konsert zalında Novruz bayramı münasibətilə konsert keçirilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Əvvəlcə Türkiyənin Norveçdəki səfiri Şafak Göktürk çıxış edərək, Novruz bayramının dostluq və qardaşlıq bayramı olduğunu vurğulayıb. Səfir Azərbaycanı və ölkəmizin mədəniyyətini layiqli təmsil etdiklərinə görə NAYO və Oslo Azərbaycan Evinə təşəkkürünü bildirib, iki millətin qardaşlığının daimi olmasını arzulayıb.

Oslo Azərbaycan Evinin sədri Ramil Əliyevin verdiyi məlumata görə, tədbirə Norveçin Azərbaycandakı keçmiş səfiri Yun Ramberq, Oslo Universitetinin professoru Vibeke Roqqen, müxtəlif şirkətlərin rəhbərləri, Norveç elitasının nümayəndələri, bu ölkədə yaşayan türk və azərbaycanlı icmalarının fəalları və digər qonaqlar iştirak ediblər.

Konsertdə Musson ansamblının, NAYO-nun “Cücələrim” uşaq rəqs qrupunun və başqalarının çıxışları maraqla qarşılanıb.

Mərasim çərçivəsində Azərbaycan haqqında kitab sərgisi təşkil olunub və ölkəmizi təbliğ edən məlumatlar qonaqlara paylanılıb.

Tədbirdə qonaqlara Novruz süfrəsinin hazırlanması, bu bayramın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, Novruzun adət-ənənəsi, habelə xalqımızın qədim və zəngin irsi barədə məlumatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi