Nizami Gəncəvinin Dərbənddəki abidəsinə ziyan vurulub

Nizami Gəncəvinin Dərbənddəki abidəsinə ziyan vurulub Telman Hacəliyev: "Şəhər meriyası təhlükəsizlik tələblərimizə cavab vermir"
Diaspor
21 Noyabr , 2017 12:33
Nizami Gəncəvinin Dərbənddəki abidəsinə ziyan vurulub
Report

Moskva. 21 noyabr. REPORT.AZ/ "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Dağıstanın Dərbənd şəhərindəki abidəsinə ziyan vurulub. Şəhər meriyası abidənin təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlərimizə cavab vermir".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Dərbənd şəhərindəki Azərbaycan diasporunun rəhbəri Telman Hacəliyev deyib.

Onun sözlərinə görə, naməlum şəxslər şairin heykəlinin baş barmağını sınıdırb və abidə ətrafındakı parkı pis vəziyyətə salıblar.

"Ağaclar kökü ilə qarışıq torpaqdan çıxarılıb, qazon tapdanıb. Müvafiq tədbirlərin görülməsi və vandalların nəhayət, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və meriyaya müraciət etmişik" - T.Hacəliyev bildirib.

Onun sözlərinə görə, bu, artıq ilk belə hadisə deyil. 

"2015-ci ilin yanvar ayında abidəni yandırmışdılar. Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun göstərişi ilə abidə bərpa edildi, onun ətrafında isə abadlıq işləri həyata keçirildi. Amma park ərazisində müşahidə kameraları quraşdırılmadı və buna görə də də belə əməli törədənlər məsuliyyətdən qaçmağı bacarır. Ümid edirəm ki, bu dəfə problemə daha ciddi yanaşacaqlar və cinayətkarlar yaxalanacaq", - diaspor rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi