Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda ali səviyyəli toplantısı keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda ali səviyyəli toplantısı keçirilib Bakı. 1 oktyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda “Dəyişən dünyada davamlı sülh və inkişaf” mövzusunda XIV ali səviyyəli toplantısı keçirilib.
Diaspor
1 Oktyabr , 2018 21:33
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda ali səviyyəli toplantısı keçirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda “Dəyişən dünyada davamlı sülh və inkişaf” mövzusunda XIV ali səviyyəli toplantısı keçirilib. 

"Report"un məlumatına görə, tədbirin açılışında Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Bolqarıstanın Baş naziri Boyko Borisov, Rumıniya Baş nazirinin müavini Anna Birchall (Baş nazir xanım Vlorica Dancila adından) və Mərkəzin həmsədri İsmayıl Serageldin çıxış edib. 

Maltanın Baş naziri Cozef Muskat, Makedoniya Prezidenti Georgi İvanov, Finlandiyanın sabiq prezidenti Tarya Hallonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, Latviyanın sabiq prezidenti Valdes Zatlers, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Amir Musa, Rumıniya və Fələstinin baş nazirlərinin müavinləri də toplantıda iştirak ediblər.

Çıxışlarda dünyanı narahat edən sülh və təhlükəsizlik problemləri haqqında danışılıb. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı geniş müzakirələr aparılıb. Bu proqramın Avropa İttifaqının genişləndirilməsi, regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və inteqrasiyanın təmin olunması baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Avroatlantik münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb, ideya və təşəbbüslər geniş müzakirə edilib.

Toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb

Son xəbərlər

Orphus sistemi