Yuxarı

Nazim İbrahimovun ailə üzvü: "Bağlanan mağazanın Minayə İbrahimovaya aidiyyəti yoxdur"

Yayılan məlumatlar əsassızdır

Bakı. 14 yanvar. REPORT.AZ/ "Yanvar ayının 14-də bəzi kütləvi informasiya vasitələrində Bakı şəhərində yerləşən mağazalardan birinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun xanımı Minayə İbrahimovaya məxsus olduğu barədə yayılan məlumatlar əsassızdır". Bu barədə "Report"a Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ailə üzvlərindən biri məlumat verib.

O qeyd edib ki, həmin informasiya tamamilə uydurmadır və heç bir fakta söykənmir: "Qeyd olunan məlumatlarda adıçəkilən mağazalar şəbəkəsinin Nazim İbrahimovun ailə üzvlərindən heç birinə qətiyyən aidiyyəti yoxdur".

Qeyd edək ki, bəzi saytların yazdığına görə, Bakı Metropoliteninin "Sahil" stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb. Həmin xəbərlərdə geyim mağazasının Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi