Yuxarı
    Bağlamaq

    Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüş keçirib

    Komitə sədri: Artıq diasporlar arasındakı əlaqələr dövlətlərarası münasibətlərin inkişafına da stimul verir

    Bakı. 30 yanvar. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov bu gün Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro və icraçı direktor Devid Harrisin rəhbərlik etdyi nümayəndə heyəti ilə görüşüb. 

    "Report"un məlumatına görə, Dövlət Komitəsinin sədri Nazim İbrahimov qonaqları salamlayaraq onları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. Nazim İbrahimov Amerika Yəhudi Komitəsi ilə bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib. Nazim İbrahimov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası münasibətlərin inkişafına da stimul verdiyini qeyd edən Dövlət Komitəsinin sədri bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulayıb.

    Amerika Yəhudi Komitəsinin icraçı direktor David Harris isə ABŞ-dakı prezident seçkilərindən sonra nümayəndə heyətininAzərbaycana ilk səfərinin olduğunu qeyd edib. Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin inkişafına böyük önəm verdikərini bildirən Komitə rəhbəri bildirib ki, bu səfər əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü barədə danışan Devid Harris bu görüşü yüksək qiymətləndirib. Devid Harris daha sonra İsrailin baş naziri Benyamin Netanyahunun ötən ilin dekabrında Azərbaycana səfərini qeyd edərək bu səfəri yüksək dəyərləndirdiyini, ikitərəfli münasibətlərin inkişafında bu səfərin olduqca böyük rolu olduğunu bildirib. Devid Harris həmçinin, qeyd edib ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayan şəxsdir.

    Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

    Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti icraçı direktoru D.Harrisin rəhbərliyi ilə 8 nəfərlik nümayəndə heyəti yanvarın 28-dən Bakıda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi