Yuxarı

Xantı-Mansiyskin palata sədri: "Narusovanın Fərman Salmanov barədə danışmağa haqqı yoxdur"

Moskva. 1 fevral. REPORT.AZ/ “Mənim Lyudmila Narusovaya yazığım gəlir. O, ilk öncə öz regionunun işləri ilə məşğul olmalı və başqa regionun işlərinə qarışmamalıdır. Fərman Salmanovun fəaliyyətini nəzərə alaraq Surqut şəhərində aeroportun onun adına verilməsini bütün Xantı-Mansiysk Muxtar Vilayətinin əhalisi istəyib. Və bu baradə L.Narusovanın danışmağa haqqı yoxdur, çünki o nə bu dairədə yaşayıb, nə də Şimalın nə olduğunu bilir”.

Bunu "Report"un Moskva bürosuna açıqlamasında Xantı-Mansiysk Muxtar Vilayətində ictimai palatanın rəhbəri İrina Maksimova bildirib. 

“Bizim region və burada yaşayan əhali üçün bu ad çox asanlıqla tələffüz olunur. Regionumuzda bu adı daşıyan muzey və gimnaziya fəaliyyət göstərməkdədir. Dünyada iz qoyan insanların adlarını tələffüz etmək fəxrdir. Lyudmila Narusova ilk öncə Surqutda və Nijnevartovskda Fərman Salmanaova neçə min insanın səs verdiyinə nəzər yetirməli və hörmətlə yanaşmalıdır", - deyə o vurğulayıb. 

Palata sədri bildirib ki, Xantı-Mansiysk vilayəti Rusiyanın büdcəsinin 40%-ə yaxınını təmin edir: "Fərman Salmanova bu neftin tapılmasına görə tək bizim dairə deyil, bütün Rusiya minnətdar olmalıdır”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının üzvü Lyudmila Narusova “ЭХО Москвы” radiosuna müsahibəsində Surqut şəhərində aeroporta Fərman Salmanovun adının verilməsinə mənfi münasibət bildirərək bu adın tələffüzünün çətin olduğunu qeyd edib.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi