Yuxarı

Müsavat Partiyasının indiki və sabiq başqanı Türkiyəyə gedib - FOTO

Səfər DAK-ın həmsədri Sabir Rüstəmxanlının dəvəti ilə baş tutub

Bakı. 17 aprel. REPORT.AZ/ Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, partiyanın hazırkı başqanı Arif Hacılı və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Türkiyəyə səfərə gedib.

Bu barədə "Report"a P.Hüseyn məlumat verib. O bildirib ki, səfərdə məqsəd aprelin 18-19-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) Türkiyənin İstanbul şəhərində keçiriləcək XIII qurultayında qonaq qismində iştirak etməkdir.

Səfər DAK-ın həmsədri Sabir Rüstəmxanlının dəvəti ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi