Moskvada “Formula-1” yarışlarının təbliğinə dəstək aksiyası keçirilib

Moskvada “Formula-1” yarışlarının təbliğinə dəstək aksiyası keçirilib Yarışın qalibi Moskva Dövlət Hüquq Akademiyasının komandası olub
Diaspor
24 May , 2016 14:58
Moskvada “Formula-1” yarışlarının təbliğinə dəstək aksiyası keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinin təbliğinə dəstək məqsədi ilə Moskvada “Azərbaycanlı Gənclərin Kuboku'' adlı kartinq yarışı təşkil olunub.

Diasporla İş Üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə baş tutub.

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Toğrul Allahverdili Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini qeyd edib. O bildirib ki, “Formula-1” yarışları ölkəmizin dünya arenasında tanınmasına və turizimin inkişafına öz töhfəsini verəcək.

Daha sonra kartinq yarışına start verilib. Üç mərhələdə keçən yarışda səkkiz komanda birincilik uğrunda mübarizə aparıb. Yarışın qalibi Moskva Dövlət Hüquq Akademiyasının komandası olub. İkinci və üçüncü yerləri isə “Tri –Medved” və “Fond RVAK” komandaları paylaşıb. Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi