Moskva. 8 may. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində yaşayan azərbaycanlılar faşizm üzərindəki qələbənin 73-cü ildönümünü qeyd ediblər.
"Report"un Rusiya bürosunun məlumatına görə, Qələbə Günü münasibətilə İstra rayonunun Hərbi-Tarixi Muzeyində "Neft qülləsi - Bakı neftinin xatirəsi" abidəsi ucaldılıb.
Qüllə II Dünya Müharibəsi dövründə Bakı neft qüllələrinin tam oxşarıdır.
Açılış mərasimində çıxış edən Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov müharibə illərində Bakı neftçilərinin əvəzsiz töhfəsi barədə danışıb.