Moskva azərbaycanlıları hüquqlarının qorunması xahişi ilə Vladimir Putinə məktub yazıblar - FOTO

Moskva azərbaycanlıları hüquqlarının qorunması xahişi ilə Vladimir Putinə məktub yazıblar - FOTO "Əhalisinin 15%-ni azərbaycanlıların təşkil etdiyi Moskva şəhəri tolerantlıq ənənələrinin tam əks olunduğu yer olmalıdır"
Diaspor
4 Noyabr , 2016 14:52
Moskva azərbaycanlıları hüquqlarının qorunması xahişi ilə Vladimir Putinə məktub yazıblar - FOTO

Moskva. 4 noyabr. REPORT.AZ/ "Rusiya Müftilər Şurası Moskvada yaşayan azərbaycanlılara paytaxtın Cümə məscidində toplaşmaq hüququ verilməsindən imtina edib".

Bunu "Report"a açıqlamasında "Əhli-Beyt" İctimai Təşkilatının sədri Nizami Baloğlanov deyib.

Onun sözlərinə görə, "Əhli-Beyt" təşkilatı baş verənləri aydınlaşdırmaq və azərbaycanlı möminlərin hüquqlarının müdafiəsi üçün Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.

"Əsrlər boyu Rusiyada sünni və şiələrin yığcam yaşadığı yerlərdə müsəlmanlar məzhəblərə ayırmadan bir-birinə tolerant münasibət göstərib və dini ayinlərini növbə ilə yerinə yetiriblər. Əhalisinin 15%-ni azərbaycanlıların təşkil etdiyi Moskva şəhəri tolerantlıq ənənələrinin tam əks olunduğu yer olmalıdır" - məktubda deyilir.

Təşkilatdan bildiriblər ki, müəyyən təşkilatlar və bir qrup insan məscid administrasiyası və müftiliyin rəhbərliyinin xəbəri olmaqla qəsdən Moskva Cümə Məscidində müsəlmanlar arasına nifaq toxumları səpir.

Qeyd edək ki, azərbaycanlıların Cümə Məscidində toplaşmasının qadağan edilməsindən sonra Rusiya Müftilər Şurası həmvətənlərimizə Məhərrəm ayı ilə əlaqədar matəm ayinlərinin İran səfirliyi yanında mədəniyyət mərkəzində keçirilməsini təklif edib.

Məktubda bu məsələyə də toxunulub: "Biz - Rusiya vətəndaşları azad dini etiqad üzrə konstitusional hüququmuzun bərpa edilməsi üçün xarici ölkənin səfirliyinə müraciət etməliyik. Fikrimizcə, bu yanaşma məzhəblər arasında ayrıseçkilik yaranmasına gətirib çıxara və cəmiyyətdə sabitliyi pozan amil ola bilər".

Xatırladaq ki, 2016-cı il oktyabrın 4-də axşam saatlarında Moskva Cümə Məscidində azərbaycanlılara qarşı təxribat törədilib. Bir qrup gənc azərbaycanlılardan məscidi boşaltmağı tələb edib. Nəticədə hadisə yerinə xüsusi təyinatlı dəstə çağırılıb və şiələr onların nəzarəti altında məscidi tərk edib. Bundan sonra azərbaycanlıları Cümə Məscidinı buraxmayıblar. Hərçənd "Əhli-Beyt" təşkilatının sədri N.Baloğlanova Məhərrəm ayından sonra azərbaycanlıların əvvəlki qaydada cümə namazlarını burada qıla biləcəkləri vədi verilib. 

Son xəbərlər

Orphus sistemi