Yuxarı

​Monteneqronun Prezidenti Azərbaycana gələcək

Filip Vuyanoviç IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək

Bakı. 25 fevral. REPORT.AZ/ Martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.  Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 10-11-də keçiriləcək. Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin müzakirəsi nəzərdə tutulub. Qeyd edək ki, bu Bakıda keçirilən dördüncü forumdur. İlk forum 2013-cü ildə təşkil olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi