“Monreal Türk Mədəniyyət Mərkəzinin” təşkilatçılığı ilə Novruz şənliyi keçirilib

“Monreal Türk Mədəniyyət Mərkəzinin” təşkilatçılığı ilə Novruz şənliyi keçirilib Tədbirində Azərbaycan, Türkiyə, Qazaxıstan səfirliyinin təmsilçiləri də iştirak edib
Diaspor
29 Mart , 2015 22:32
“Monreal Türk Mədəniyyət Mərkəzinin” təşkilatçılığı ilə Novruz şənliyi keçirilib

Bakı. 29 mart. REPORT.AZ/ Kanadanın Monreal şəhərində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, “Monreal Türk Mədəniyyət Mərkəzinin” təşkilatçılığı ilə keçirilən tədbirində Azərbaycan, Türkiyə, Qazaxıstan səfirliyinin təmsilçiləri, Kanada federal parlamentinin üzvləri, Kvebek əyalətinin nazirləri və parlament üzvləri, Ottava və Monreal şəhərlərindəki Azərbaycan icmalarının üzvləri, Kanadada yaşayan türkdilli xalqların təmsilçiləri və yerli qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan xalqlarının özünə məxsus Novruz adətləri barədə məlumat verilmiş və ölkələr haqqında tanıtım xarakterli video çarxlar nümayiş etdirilib.

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli tədbirdə çıxış edərək, bilridib ki, Novruzun əsas fəlsəfəsinin xalqlar və mədəniyyətlər arasında körpü və dialoq yaratmaqdır. O, həmçinin vurğulayıb ki, Novruzun Azərbaycan və digər ölkələrdə sevilməsinin əsas səbəblərindən biri bu bayramın təkcə təbiətin canlanması ilə deyil, xalqlar arasında birlik, bərabərlik və ədalətin təcəssümü ilə bağlıdır.

Sonra Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri Azərbaycan xalq mahnılarını səsləndirib və rəqslər nümayiş etdiriblər. Həmçinin Monrealda fəaliyyət göstərən “Savalan” rəqs qrupu Azərbaycan milli rəqslərini qonaqlara nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi