Missuri ştatında ilk dəfə Cümhuriyyət Günü keçirilib

Missuri ştatında ilk dəfə Cümhuriyyət Günü keçirilib Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın Missuri ştatında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü qeyd olunub.
Diaspor
29 May , 2018 17:40
Missuri ştatında ilk dəfə Cümhuriyyət Günü keçirilib

Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın Missuri ştatında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü qeyd olunub. 

"Report" xəbər verir ki, Azərbaycan diasporunun fəalları - Nigar Pənahova və Hikmət Süleymanovun təşkilatçılığı ilə Missuri ştatının Sent Luis şəhərinin Ümumdünya Ticarət Mərkəzində keçirlən tədbirdə bu şəhərdə yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın dostları olan yerli Amerikalılar da iştirak ediblər.

AXC haqqında təqdimatla çıxış edən Nigar Pənahova Cümhuriyyətin yaranma tarixindən, 23 ay ərzində görülən işlərdən danışıb.

Onun çıxışına video ilə qoşulan Azərbaycan Amerika Cəmiyyətinin prezidenti, ADR-in təhlükəsizlik naziri olmuş Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri də iştirakçıları təbrik edib və bu tarixi hadisənin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Sent Luis şəhərindəki Mozaik layihəsinin rəhbəri xanım Betsy Cohen çıxışında mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb.

Daha sonra Vaşinqton Universitetinin prorektoru, professor Ceyms Verc Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri və nailiyyətləri barədə məruzə edib. O qeyd edib ki, Azərbaycan İslam dünyası üçün Cümhuriyyət yaratmaqla nümunəvi bir ölkə olmuş, qadınlara səsvermə hüququ verib, ilk parlament təsis edib. Ceyms Verç eyni zamanda Azərbaycanla uzunmüddətli akademik və təhsil sahəsində olan əməkdaşlıq haqqında danışıb.

Tədbirin sonunda Azərbaycan milli musiqisinin sədaları altında Sent Luisdə yaşayan azərbaycanlı xanımların hazırladığı əl işləri və milli mətbəx nümunələri, AXC haqqında poster nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi