Milli Məclis ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı Rusiyaya sorğu göndərəcək

Milli Məclis ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı Rusiyaya sorğu göndərəcək Komitə sədri: "Bu məsələ hər kəsi narahat edir"
Diaspor
7 Aprel , 2017 12:34
Milli Məclis ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı Rusiyaya sorğu göndərəcək

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə aydınlıq gətirilməsi Rusiyanın Ədliyyə Nazirliyinə və Ali Məhkəməsinə müraciət edəcək.

“Report”un xəbərinə görə, bununla bağlı işçi qrupun rəhbəri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən plenar iclasında məlumat verib.

O bildirib ki, bu məsələ hər kəsi narahat edir: "Rusiyada Ümumrusiya Azərbaycan Konqresi zamanında ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Bu qurum diaspora sahəsində Rusiyada real fəaliyyət göstərən qurumdur. Konqres ölkəmizlə yanaşı Rusiyanın dövlət maraqlarını ifadə edir. Son illər Rusiya Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bizim əməkdaşlıq səmimi xarakter daşıyır. Məhz bu baxımdan konqresin fəaliyyəti ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin müraciəti təəəccüb doğrumaqla yanaşı həm də təxibat olması ilə bağlı fikir yaradır. Biz onlara Rusiya qanunvericliyinə bir daha baxmağı təklif edirik. Bizim qanunvericiliyimizdə də belə hallar var. Axtarsaq, Rusiya icmasının sənədləri ilə bağlı müəyyən məsələlərin olduğunu görərik. Lakin onun ləğvi ilə bağlı heç zaman məsələ qaldırılmayıb. Bu məsələ çox ciddidir və ölkələr arasında siyasi münasibətlərdə mühüm rola malikdir”.

Deputat Azay Quliyev də sədri olduğu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının da adından müraciət ediləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi