Millətlər Assambleyasının azərbaycanlı rəhbəri Ukraynada humanitar aksiyaya başlayıb

Millətlər Assambleyasının azərbaycanlı rəhbəri Ukraynada humanitar aksiyaya başlayıb Bakı. 8 dekabr. REPORT.AZ/ Ukrayna Millətlər Assambleyası (UMA) Dünya Diasporlar Assambleyası (DDA) ilə birlikdə Uman Şəhər Mərkəzi Xəstəxanasında, Uman Rayon Mərkəzi Xəstəxanasında və Çerkası Vilayət Onkoloji Mərkəzində humanitar yardımlar paylayıblar.
Diaspor
8 Dekabr , 2017 18:17
Millətlər Assambleyasının azərbaycanlı rəhbəri Ukraynada humanitar aksiyaya başlayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Ukrayna Millətlər Assambleyası (UMA) Dünya Diasporlar Assambleyası (DDA) ilə birlikdə Uman Şəhər Mərkəzi Xəstəxanasında, Uman Rayon Mərkəzi Xəstəxanasında və Çerkası Vilayət Onkoloji Mərkəzində humanitar yardımlar paylayıblar.

Assambleyadan "Report"a verilən məlumata görə, UMA rəhbəri, DDA həmsədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Rövşən Tağıyevin də qatıldığı yardımlar ortopedik döşəklərdən, dərman pereparatlarından, hidravlik tənzimləmə sistemindən və digər tibbi texnika və ləvazimatlardan, eyni zamanda İsrailin “Magen David Adom” tibb xidmətinə məxsus təcili tibbi yardım avtomobilindən ibarət olub.

Yardımın təqdimatı ilə bağlı keçirilən tədbirdə Uman rayonu administrasiya rəhbəri Yevgeni Dançenko, Cerkas vilayətinin dövlət admnistirasiyasının rəhbər müavini Yaroslav Berezan, Uman rayon şurasının sədri Oksana Suprunets, DDA icraçı direktoru Naxman Ştainberq, deputatlar və ictimaiyyət xadimləri iştirak ediblər.

Ümumi dəyəri 300 000 ABŞ dolları həcmində olan humanitar yardımla bağlı təqdimatda bildirilib ki, bu yardım indiki zamanda Ukrayna üçün ən lazımlı layihələrdəndir: “Biz ABŞ-dan olan tərəfdaşlarımıza minnətdarıq. Ukrayna faktiki olaraq işğala məruz qalıb və münaqişə şəraitindədir. ABŞ-dan olan tərəfdaşlarımızın dəstəyi ilə biz artıq 4-cü ildir ki, münaqişədə yaralananlar, zərərçəkənlər üçün tibbi ləvazimatlardan və digər humanitar köməkdən ibarət olan bu yardımları həyata keçiririk. Bu, çətin, amma şərəfli missiya xalqları daha da dostlaşdırır” - deyə, bildirilib.

Təqdimatda UMA rəhbəri Rövşən Tağıyevin son vaxtlar Ukraynada humanitar aksiyalarda, o cümlədən etnik xalqların ölkə həyatında aparıcı rol oynamasında apardığı xidmətlərdən danışılıb, ukraynalılar adından ona minnətdarlıq edilib.

Çıxış edən R.Tağıyev bildirib ki, bu kimi aksiyalar həmişə davam edəcək: “Bu yaxınlarda Lvovda Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyeva adına Oftomoloji Mərkəz də bizim Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin dəstəyi ilə açıldı. Bizim iş tək bununla bitmir. Mütəmadi olaraq Ukraynaya sərmayələrin cəlb olunması, iqtisadi müqavilələrin reallaşması və sair bizim diaspor olaraq fəaliyyətimizdə əsas yer tutur. Bu həm də bizim vətəndaş borcumuzdur”.

Son xəbərlər

Orphus sistemi