Makedoniya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib

Makedoniya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib V Qlobal Bakı Forumuna hazırlıq və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb
Diaspor
22 Avqust , 2016 13:02
Makedoniya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib

Bakı. 22 avqust. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsərdi, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa Makedoniya Prezidenti George İvanovla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Makedoniyada təşkil edilən Gənc Liderlər Məktəbi çərçivəsində baş tutan görüşdə 2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. G.İvanov V Qlobal Bakı Forumunda, o cümlədən Mərkəzin noyabrda Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçin himayəsi ilə keçiriləcək 9-cu Ali Səviyyəli Toplantısında da iştirak edəcəyini bildirib. Prezident G.İvanov rəhbərlik etdiyi Makedoniya Sivilizasiyalar Alyansı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin səmərəli olacağını vurğulayıb.

Qeyd edək ki, G.İvanov III və IV Qlobal Bakı Forumunda, həmçinin Mərkəzin İtaliya, Bosniyada və Herseqovinada keçirilmiş Ali Səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makdeoniya prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir. 

Son xəbərlər

Orphus sistemi