Yuxarı
    Bağlamaq

    Makedoniya prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib

    Konfransda martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində duran məsələlər müzakirə olunub

    Bakı. 8 fevral. REPORT.AZ/ Makedoniya Respublikasının paytaxtı Skopyedə “Sivilizasiyalararası dialoq-qarşıdakı yol” mövzusunda konfrans keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Sivilizasiyalar Alyansı Fondunun təşkilatçılığı ilə keçirilən konfransda Makedoniya Respublikasının Prezidenti George İvanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT-nin Sivilizasiyalar Alyansının Makedoniyadakı xüsusi elçisi Darko Kostadinovski, Skopye Universitetinin professoru Zoran İlievski çıxış ediblər.

    Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində duran məsələlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi