Yuxarı

Los-Ancelesdə yaşayan bir qrup azərbaycanlı və türk aksiya keçirib - VİDEO

Aksiyada Los-Ancelesdəki müəllimlər, tələbələr, ictimai fəallar iştirak ediblər

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində yaşayan bir qrup azərbaycanlı və türk bir araya gələrək qondarma "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunmasına etiraz olaraq aksiya keçiriblər. Məlumatı "Report"a Amerikada təhsil alan azərbaycanlı tələbə, aksiyanın fəallarından olan Elşən Gülməmmədov verib.

Onun sözlərinə görə, aksiya "Turkish American Community"nin təşkilatçılığı ilə keçirilib.  

O bildirib ki, aksiyada Los-Ancelesdəki türk və azərbaycalı müəllimlər, tələbələr və ictimai fəallar iştirak ediblər. E.Gülməmmədovun sözlərinə görə, Los-Ancelesdə yaşayan ermənilər aksiyadan əvvəldən xəbər tutublar və təşkilatlanaraq aksiyanın keçirildiyi əraziyə gəliblər: "Ermənilərin sayı daha çox idi. Onlar bizə yumurta və digər əşyalar atdılar. Qarşıdurmadan sonra polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırdı". 

Aksiya zamanı ictimai qaydanı kobud formada pozan, azərbaycanlı və türklərə müxtəlif əşyalar atan iki nəfər erməni polis tərəfindən saxlanılıb.   



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi