Bakı. 30 aprel. REPORT.AZ/ "Azərbaycan və Ukrayna çətin durumlarda daim bir-birinə kömək edib, dəstək olub". Bunu "Report" a açıqlamasında Ukraynanın sabiq prezidenti (1994-2005), hazırda Ukrayna problemi ilə bağlı “Təmas qrupu”nda rəsmi Kiyevi təmsil edən Leonid Kuçma bildirib.
O qeyd edib ki, bu, hər iki ölkənin xalqları arasında özünü göstərir: "Azərbaycan və Ukrayna nadir ölkələrdəndir ki, indiyə qədər nəinki aralarında problem olmayıb, hətta daim bir-birinin yanında olub. Sadəcə, son vaxtlar münasibətlərdə məlum səbəblərdən müəyyən səngimələr var ki, qarşılıqlı səylər nəticəsində bu aradan qalxacaq və qalxmalıdır. Çünki Ukraynada xeyli azərbaycanlılar yaşayır və ukraynalıların da Azərbaycana rəğbəti həmişə yüksək olub. Bu gün Ukraynada Millətlər Assambleyasına rəhbərlik edən də Azərbaycan diasporuna başçılıq edən azərbaycanlıdır – Rövşən Tağıyev. O və onun missiyası nəinki ukraynalıların, Ukraynada yaşayan bütün etnik xalqların rəğbətini qazanıb. R.Tağıyevin bu fəaliyyəti timsalında azərbaycanlılara qarşı bizim xalqda yüksək münasibət var. Bütün bu faktlar əsas verir ki, ölkələrimiz daim bir-birinə dəstək olsun”.
L.Kuçma