Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edəcək

Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edəcək Görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır
Diaspor
30 Avqust , 2016 17:00
Latviya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edəcək

Bakı. 30 avqust. REPORT.AZ/ Sentyabrın 2-də Latviya Prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edəcək. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzin işi, gələcək fəaliyyət planları, həyata keçiriləcək yeni layihələr, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə ediləcək. 

"Report" xəbər verir ki, bu barədə Disporla İş üzrə Dövlət Komitəsi (DİDK) məlumat yayıb.  

Bildirilib ki, görüşdə 2017-ci ildə keçirləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır. Mərkəzin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mərkəzin digər həmsədri, İsgəndəriyyə Kitabxanısının direktoru İsmail Seragəldin, Təşkilatın İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvü, Latviyanın eks-prezidenti Valdis Zatlers və başqaları iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin Latviya parlamentində də digər dövlət qurumlarında görüşlər keçirməsi nəzərdə tutulub.

Latviya hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq bir neçə ildir davam edir. 2015-ci ilin may ayında Riqada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına həsr olunan Ali səviyyəli toplantısı keçirilib və ölkəyə o dövrdə rəhbərlik edən Andris Berzinış və Baş nazir Laymdota Strayuma Mərkəzin üzvlərini qəbul edib.

Xatırladaq ki, Raymonds Veyonis 2015-ci ilin iyunundan Latviya Respublikasının dövlət başçısıdır. 

Son xəbərlər

Orphus sistemi