Yuxarı
    Bağlamaq

    Kulevidə Xocalı qurbanlarının anım mərasimi keçirilib

    Faciə qurbanları 1 dəqiqəlik sükutla yad edilib

    Bakı. 25 fevral. REPORT.AZ/ Kulevi Neft Terminalında Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib. "Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə "1992-ci il, 26 fevral gecəsi" faciəsinin Azərbaycan tarixinə qara hərflərlə yazıldığı və ölkə tarixinin ən dəhşətli cinayət hesab edildiyi vurğulanıb. 

    "25 il əvvəl bu gün - günahsız uşaqlar, qadınlar, kişilər erməni əsgərləri tərəfindən amansızcasına qətlə yetiriliblər. Zaman keçir, lakin tarix bu günü əbədiləşdirən lüzumsuz, əsassız soyqırımı heç vaxt unutmayacaq", - deyə toplantıda qeyd olunub.

    Qeyd edək ki, Xocalı soyqırımının yad etmək məqsədilə hər il Kulevi Neft Terminalında tədbir və foto-sərgi təşkil edilir. Ənənəvi tədbir bu il də baş tutub. Faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı həmçinin Dağlıq Qarabağın tarixinə dair təqdimat da keçirilib. Daha sonra Heydər Əliyev Fondunun bu faciənin tarixi faktlarını, habelə Azərbaycanın son illər necə sürətli sosial-iqtisadi inkişaf keçməsini təsvir edən sənədli film nümayiş olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi