Yuxarı

Komitə sədri: "Erməni lobbisi dövlətimizin suverenliyinə qarşı təxribatlara əl atır"

Komitə sədri:​ "Erməni lobbisi dövlətimizin suverenliyinə qarşı təxrib
© Report/ Firi Salim — Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

"Erməni lobbisi dünyada azərbaycanlılara və dövlətimizin suverenliyinə qarşı müxtəlif təxribatlara əl atır".

"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimat mərasimində deyib.

O bildirib ki, dünyanın 60-dan çox ölkəsində Azərbaycan diasporu fəaliyyət göstərir: "Mən son bir ildə dünyanın 14 ölkəsində səfərdə olmuşam və orada azərbaycanlıların Vətənə nə qədər bağlı olduqlarını müşahidə etmişəm. Buna baxmayaraq, erməni lobbisi Azəebaycanın müstəqilliyinə və suverenliyinə qarşı müxtəlif cəhdlər edir. Bu gün gənclərimizlə görüşün mahiyyəti də məhz gənclərə göstərilən dəyərin nəticəsidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi