Yuxarı

Komitə sədri: “Avropanın bir çox ölkəsində koordinasiya mərkəzləri yaradılacaq”

“Vəsaitlərin səmərəsiz istifadəsi diaspor işini geri apara bilər”

Bakı. 3 iyun. REPORT.AZ/ “Yaxın gələcəkdə Avropanın bir çox ölkəsində siyasi, koordinasiya mərkəzləri yaradılacaq”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Onun sözlərinə görə, diaspor işinə dövlətin qayğısı var: “Biz işimizi elə qurmalıyıq ki, dövlətdən vəsait istəyəndə ala bilək. Vəsaitlərin səmərəsiz istifadəsi diaspor işini geri apara bilər. Amma diaspor işi daxildən gələn təşəbbüs üzərində qurulmalıdır. Bu, təkcə Azərbaycan dövlətinin vəsaiti ilə qurulmamalıdır”.

Komitə sədri əlavə edib ki, diaspor təşkilatlarının gücü eyni olmadığından, tarixi faktların işıqlandırılması bir qədər axsayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi