Yuxarı
    Bağlamaq

    Kölndə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib

    Mitinq zamanı Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanılıb

    Bakı. 18 fevral. REPORT.AZ/ Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, mitinq Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Biefeld Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Köln Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə baş tutub. Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə türk icmasınını təmsilçilərindən ibarət 250-nəfərdən çox fəal iştirak edib. Mitinqin təşkilində məqsəd Avropa ictimaiyyətininə Xocalı soyqırımının insanlığa qarşı qəddarlıqla həyata keçirilmiş cinayət aktı olduğunu, Azərbaycan torpaqlarınını 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini çatdırmaqdır.

    Aksiyada Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsi, xalqımızın məruz qaldığı terror və soyqırım aktlarının törədənlərin cəzalandırılması ilə bağlı şüarlar səsləndirilib.

    Mitinqdə çıxış edənlər Ermənistanın 30 ilə yaxındır ki Azərbaycan torpaqlarının işğal altında saxladığını, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyini, onminlərələ aərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayıblar. Qeyd olunub ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüquqa uyğun olaraq qəti və ciddi sanksiyalar tətbiq olunmalı, Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi təmin edilməlidir.

    Eyni zamanda çıxış edənlər vurğulayıblar ki, bu gün Azərbaycan 90-cı illərdə olduğundan tamamilə fərqli bir dövlətdir - güclü iqtisadiyyatı, qüdrətli ordusu var və hər an öz torpaqlarının işalçılardan azad etməyə hazırdır. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti öz siyasi, hərbi və iqtisadi qüdrətini daha da möhkəmləndirir, regionun lider dövləti kimi dünyada qəbul olunur. Mitinq iştirakçıları Azərbaycan Prezidentinin siyasətini birmənalı şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıblar.

    Etiraz aksiyasında çıxış edən həmvətənlərimiz Xocalı soyqırımnın tarixdə analoquna az rast gəlinən dəhşətli bir cinayət aktı olduğunu qeyd ediblər. Bildirilib ki, müasir dünyanın bu cür soyqırımlara, terror və soyqırım aktlarına laqeyd qalması, öz etiraz səsini qaldırmaması insanların daha təhlükəsiz və sabit br dünyada yaşamaq ümidlərini azaldır.

    Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq iştirakçılarınını bəyanatı oxunub. Mitinq zamanı Xocalı soyqırımı haqda məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi