Kanadadakı diaspor təşkilatı ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələri pisləyib

Kanadadakı diaspor təşkilatı ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələri pisləyib Bakı. 15 may. REPORT.AZ/ Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb.
Diaspor
15 May , 2018 16:58
Kanadadakı diaspor təşkilatı ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələri pisləyib
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda KATİ Helsinki Komissiyasının 2018-ci il mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlarla bağlı keçirilmiş dinləmələrinin səthi və əsassız olduğu diqqətə çatdırılıb. Bildirilib ki, araşdırma prosesinin bir qismi, tənqid olunma da daxil olmaqla spekulyasiyaya və ümumiləşdirməyə əsaslanır, hətta gerçəkləri faktlarla əks etdirmir: “Biz inanırıq ki, demokratiyanı gücləndirmək baxımında irəli sürülmüş təkliflər obyektiv analiz və prinsiplərə əsaslanmalıdır. Sizin tənqidlərinizdən bəlli oldu ki, 1991-ci ildə Sovet hakimiyyətinə qarşı qalxaraq Azərbaycanı Ermənistanın təcavüzündən qorumaq üçün minlərlə qurban verən Azərbaycan xalqının demokratik düşüncəsini anlamamısınız”.

Bəyanatda vurğulanıb ki, gündəlik müşahidələrə əsasən, Azərbaycan mətbuatında hakimiyyətin qanunvericilik, icra və məhkəmə orqanlarının bir çox aspektləri ilə bağlı tənqidi müzakirələr olub, müxalifətin nümayişlər və ya etirazlar yolu ilə hökumət əleyhinə fikrini sərbəst şəkildə ifadə etmək hüququna heç bir təzyiq göstərilməyib. Buna görə də demokratiyanın bütün əsas elementlərinin bu gün Azərbaycanda yaxşı vəziyyətdə olduğu qeyd olunur.

KATİ Helsinki Komissiyasının Azərbaycanla bağlı son hesabatının təhriflərlə dolu olduğunu hesab edir və Komissiyanı bəzi ölkələrdə, o cümlədən Ermənistanda insan haqları ilə bağlı dəhşətli vəziyyətə nəzər salmağa çağırır.

Qeyd edək ki, Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (The Canadian İnstitute of Azerbaijani Studies - CIAS) - Kanadadakı Azərbaycanı tədqiq edən akademik mərkəzdir, eyni zamanda Kanadada akademik cəmiyyətin geniş bir hissəsini təmsil edən bitərəf, müstəqil təşkilatdır. Təşkilat yarandığı gündən etibarən, Azərbaycanda, eləcə də Mərkəzi və Şərqi Avropada demokratiya, insan və milli azlıqların hüquq və azadlıqlarını müdafiə edir, qanunun aliliyinə dəstək verir. KATİ həmçinin Şimali Amerika və Azərbaycan əlaqələrini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi