Yuxarı
    Bağlamaq

    Jitomir şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb - VİDEO

    Ukrayna parlamentindən Xocalı soyqırımının tanınması tələb edilib

    Bakı. 24 fevral. REPORT.AZ/ Jitomir Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Jitomir şəhərində Xocalı soyqırımının 25-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. 

    Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirə qatılanlar ilk öncə Jitomir şəhərindəki Qolodomor soyqırımı abidəsini ziyarər edərək, Xocalı qurbanlarının xatirəsini abidə kompleksinin önünə tər çiçəklər qoymaqla yad ediblər.

    Sonra Jitomir vilayət administrasiyasının binasında “Xocalı XX əsrin ən amansız soyqırım siyasətidir” mövzusunda "dəyirmi masa" keçirilib.Tədbirdə Jitomir vilayət administrasiyasının rəsmi nümayəndələri, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Jitomir vilayət və şəhər radasının deputatları, diaspor və media təmsilçiləri iştirak ediblər. 

    Mərasimdə Jitomir Azərbaycanlıları Konqresinin sədri İlqar Məmmədov çıxış edərək, ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və işğalçılıq siyasətindən söz açıb. O, 25 il bundan öncə başda Serj Sarqsyan olmaqla indiki Ermənistan hakimiyyətinin Xocali şəhərində dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklərdən bəhs edib. Dünya birliyinin indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirən diaspor rəhbəri Ukrayna parlamentini Xocalı soyqırımını tanımağa səsləyib.

    Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Təbriz Qarayev, Jitomir vilayət administrasiyasının nümayəndələri, Jitomir vilayət radasının deputatı Evqeniy Jabokriçskiy, Jitomir vilayət administrasiyasının Əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Yaroslav Vozniy çıxış edərək belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblkar. 

    Mərasimdə Xocalı soyqırımını özündə əks etdirən sənədli film nümayiş etdirilib. Jitomir Azərbaycanlıları Konqresi tərəfindən şəhərin mərkəzi küçələrində fevralın 20-dən sonunadək Xocalı soyqırımını özündə əks etdirən bilbordlar yerləşdirilib.

    Tədbir Jitomir vilayət kanalları tərəfindən işıqlandırılaraq Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi