İzmitdə ucaldılan Xocalı abidəsinin açılışının tarixi açıqlanıb

İzmitdə ucaldılan Xocalı abidəsinin açılışının tarixi açıqlanıb Abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib
Diaspor
10 Mart , 2015 17:18
İzmitdə ucaldılan Xocalı abidəsinin açılışının tarixi açıqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyənin İzmit şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin tikintisi artıq bitmək üzrədir. 

"Report" Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Xocalı Şəhidləri Abidəsi” İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) arasında imzalanmış protokola əsasən hazırlanıb.

İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub.

Aprelin 22-də Azərbaycan və Türkiyənin dövlət nümayəndələrinin iştirakı ilə abidənin açılışı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi