İstanbulda Nuri Paşa və 27 əsgərin dəfn edildiyi məzarlar ziyarət olunub

İstanbulda Nuri Paşa və 27 əsgərin dəfn edildiyi məzarlar ziyarət olunub İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa (Nuri Killigil) və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzarlar ziyarət olunub.
Diaspor
15 Sentyabr , 2019 14:03
İstanbulda Nuri Paşa və 27 əsgərin dəfn edildiyi məzarlar ziyarət olunub

İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa (Nuri Killigil) və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzarlar ziyarət olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, mərasim İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu (ISTAD) və Azərbaycan-İstanbul Kültür Dərnəyinin sədri Hikmət Erpin təşkilatçılığı ilə baş tutub.

Hər iki ölkədən tarixçilərin, siyasətçilərin, ziyalıların, tələbələrin və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə iştirakçılar Nuri Paşanın abidəsini və şəhid məzarını ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.

1918-ci il sentyabrın 15-də Bakının daşnak erməni və bolşevik birləşmələrinin işğalından azad olunmasında böyük əməyi olan Nuri Paşanın və əsgərlərinin 101 il sonra da, dərin sevgiylə anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğu bildirilib.

Çıxışlarda Nuri Paşanın bu qələbədə tarixi rolundan danışıb, onun Türkiyədən Azərbaycan uzanan qəhrəmanlıq dastanından bəhs edilib. Çıxışlarda bildirilib ki, Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib.

Bildirilib ki, 1918-ci ilin sentyabrında Bakının azad edilməsi tarixin ən böyük zəfərlərindən biridir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi