Yuxarı
    Bağlamaq

    İstanbulda Novruz bayramı şənliyi təşkil edilib - FOTO

    Tədbirdə İstanbulda yaşayan azərbaycanlılar fəal iştirak ediblər

    İstanbul. 21 mart. REPORT.AZ/ İstanbulda 9 ölkənin evi sayılan “Topkapı kültür parkı”nda Novruz bayramı qeyd olunub.

    "Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və digər türk dövlətlərinin baş konsulları, şəhərin meri Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Kadir Topbaş, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Novruz şənliyi türklərin Osmanlıdan bu yana qoruyub saxladıqları "Mehtər" marşı ilə başlayıb. Bayramın adət-ənənlərindən danışılan tədbirdə xalq oyunlar oynanılıb, müxtəlif ölkələrin sənətçilərinin çıxışları dinlənilib və tonqallar qalanıb. Azərbaycan milli rəqsi tədbirə qatılanlar tərəfindən böyük maraqla izlənilib və alqışlanıb. Noruzun atributlarından olan dəmir döymə və yumurta döyüşdürmə mərasimini İstanbul meri Vasip Şahin və İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Kadir Topbaş edib.

    Əyləncəli və çoşqulu tədbirdən sonra qonaqlar “Türk Dünyası Evləri”ni gəziblər. Azərbaycan evinə də gələn bələdiyyə sədri və İstanbul merini baş konsul Məsim Hacıyev qarşılayıb. Şəkərbura və paxlavanın dadına baxan qonaqlar ölkəmizə bayram təbriklərini göndəriblər.

    Novruz şənliyi İstanbulun Azərbaycan dərnəyinin təşkilatçılığı ilə davam etdirilib. Tədbirdə İstanbulda yaşayan həmvətənlərimiz fəal iştirak ediblər. Novruz adət ənənələri və musiqilərimiz tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi